24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Bədavi Hüseynov: ""Daha yaxşı oynayacağımızı düşünürdük"

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibin heyətində ucaboy futbolçular çox idi. Onların "ikinci mərtəbə"dən daha çox yararlanacaqlarını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Bədavi Hüseynov Şimali İrlandiya millisinə səfərdə 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra deyib.

Təcrübəli müdafiəçi bildirib ki, hər 3 qolun standart vəziyyətdən buraxılması rəqibin oyun üslubunu bir daha təsdiqləyir: "Daha yaxşı oynayacağımızı düşünürdük. Amma alınmadı. Düzü, bir qədər də həyəcanlı idik. Matça pis başlamamışdıq. Ötürmələrə üstünlük verməyə çalışırdıq. Lakin rəqib pressinq edərək, istəyimizə çatmağa imkan vermədi. Meydan da bir qədər sürüşkən idi. Bu da oyunumuza təsir göstərdi. İkinci hissədə yaxşı qol imkanımız oldu. Gedişatı dəyişəcəyimizə inam var idi. Amma alınmadı. Evə məyus dönürük. Növbəti oyunda məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30