24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ”dən 8 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 14 matçda qüvvəsini sınayıb. “Qəbələ”nin təmsilçiləri bu görüşlərin 8-də qalib gəlib, 3-də heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

U-19 VIII səfərdə “İnter”lə qarşılaşıb. 1:1 hesablı heç-heçədən sonra “Qəbələ” aktivini 18 xala çatdırıb. “Qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. U-17-nin “Vətən”lə ev oyununda da eyni hesab qeydə alınıb. “Qəbələ” VII turdan sonra 14 xala 5-ci yerdədir.

U-16 VI turun ev qarşılaşmasında “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. 6 oyunda 13 xal toplayan “Qəbələ” 3-cü pillədə yer alıb. Evdə “Vətən”i 2 cavabsız qolla məğlub edən U-15 5-ci dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan “Qəbələ” yarışın lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Əlincə”ni 2:0 hesabı ilə yenən U-14 ardıcıl 7-ci qələbəsini əldə edib. 100 faizlik nəticəyə malik “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsindədir. “Vətən” RİOEUG-a 0:1 hesabı ilə uduzan U-13-ün aktivində 13 xal var. “Qəbələ” 6-cı yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Oğuz) 9:2, UGİM isə UGİM-i (Şəki) 5:1 hesabı ilə yenib. Hər iki “Qəbələ” təmsilçisi 6 turdan sonra 18 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM ROİL-i (Qax) 4:0, “Qəbələ” UGİM-i (İsmayıllı) 16:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən “Qəbələ” komandalarının hər ikisi 6 turda 18 xal toplayıb. U-10 Liqasında 2 təmsilçi “Qəbələ” və Gİİ üz-üzə gəlib. “Qırmızı-qaralar” 13:0 hesablı qələbə qazanıb. UGİM Şəkinin UGİM-inə uduzub - 3:4. 6 turdan sonra “Qəbələ” 18, Gİİ və UGİM isə hərəyə 12 xala malikdir.

Qızların yüksək liqa yarışında V tur liderlərin görüşü ilə əlamətdar olub. İtkisiz irəliləyən “Qəbələ” və “Fidan”ın görüşündə qalib müəyyənləşməyib. 5 matçda 13 xal toplayan “Qəbələ” top fərqinə görə 2-cidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30