18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İndiki Şimali İrlandiya 2 il əvvəlindən daha güclüdür”

Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşılaşmanın baş tutacağı «Windsor Park» stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

- Şimali İrlandiya ilə matç ən vacib oyunlarımızdan biri olacaq. Yaxşı hazırlaşmışıq. Rəqibi diqqətlə analiz etmişik. Öz oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.

 - Şimali İrlandiya ilə əvvəlki 2 matçın hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?

- Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, bu, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir. Çünki həm onlar, həm də biz dəyişmişik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30