20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

174 gündən sonra

“İnter”in Topaz Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Futbolxeber.az saytının məlumatına görə, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi XI turun “Neftçi” ilə XI turun səfər qarşılaşmasında 1:2 hesabı ilə yenilib. Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin yetirmələrinin yenilməzliyi 11 matçdan ibarət olub.

Maraqlıdır ki, “İnter”in çempionatdakı son uğursuzluğu da məhz “Neftçi” ilə səfərdə qeydə alınmışdı. Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi. 174 gündən sonra uduzan “göy-ağlar” bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30