24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Dünənki penaltidən sonra düşündüm: çempionatdakı 7 komandanı nə gözləyir?”

“Ceyhun Haşımovu komandaya dəvət etməkdə məqsədlərimizdən biri də onun futbolçulara hakimliklə bağlı dərs keçməsidir. Həftədə 1 dəfə o, 2 saat futbolçuları hakimliklə bağlı ən son yeniliklərləri diqqətə çatdırır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov dünən “Neftçi” - “İnter” oyununda təyin olunan penalti epizoduna da fikir bildirib: “Bu gün AZAL-ın belə vəziyyətdə olmasında ilk turdakı hakim səhvinin böyük rolu var. İlk turda “Neftçi”yə uduzmasaydıq, bəlkə də indi vəziyyət başqa cür idi. Dünən “İnter”in qapısına təyin olunan penalti epizoduna baxdım. Həmin anda düşündüm ki, bundan sonra çempionatdakı 7 komandanı nə gözləyir? Hakimlər belə açıq-aşkar səhvlərə yol verməməlidirlər. Bilsəm ki, komandamın lehinə təyin olunan penalti epozidunda hakim səhv edib, futbolçuma lazım olan tapşırığı verərəm. Xatırlayırsınızsa, bir neçə ilə əvvəl "Karvan"da çıxış edərkən MOİK-lə oyunda hakimin səhvən təyin etdiyi penaltini kənara vurmuşdum. Bu göstərişi mənə Yunis Hüseynov vermişdi. Bu, futbol tariximizdə ilk belə hal idi". 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30