25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Məni özümdən çıxaran futbolçumun söyülməsi idi”

“Bizi ağır oyunun gözlədiyini bildirdik. Heyətdə bir neçə itkimiz var idi. Emin Cəfərquliyev oynamamalıydı. İynə hesabına meydana çıxdı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov qolsuz bərabərliyi belə şərh edib: “Əzmkarlıq göstərdik. Məqsədimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. Bu da özünü doğrultdu. Qol vurmaq üçün şanslarımız da oldu. Bilirdik ki, rəqib çox güclüdür. Xüsusən də “Qəbələ”nin hücum xəttini qeyd etmək olar. Əzmkarlığa görə komandamdan razıyam. Strategiyamda müdafiə futbolu yoxdur. Bu gün məcburiyyətdən müdafiə futbolu oynadıq”.

AZAL-ın çalışdırıcısı matçın sonuna yaxın komandasının 2 futbolçusu - David Janalidze və Emin Cəfərquliyev arasında düşən mübahisəyə belə münasibət bildirib: “Yaxşı hal deyil. Oyun ərzində gərginlik çox idi. 2 məşqçi arasında da insident yaşanırsa... Hər an komandalardan biri azlıqda qala bilərdi. Janalidze və Cəfərquliyev arasındakı insident olmamalıydı. Olubsa, buna son nöqtə qoymalıyıq. Bu, klubun daxili işidi. Bəzən hücumçuların qol şansını boşa verməsi, müdafiəçilərin narazılığına səbəb olur”.

Tərlan Əhmədov həmkarı Roman Qriqorçukla mübahisə etməsinə də toxunub: “Heç bir futbolçuya “sındır” əmri verməmş.əm. Ola bilər, səhv eşidilib. Çünki futbolçu çörəyi ayağı ilə qazanır. Özüm də futbolçu olmuşam. Zədələnən futbolçunun nə əziyyət çəkdiyini mən də bilirəm. Tarix boyu belə şey ola bilməz. Hər zaman futbolçularıma demişəm ki, əzmkar və sərt oynayın. Məni özümdən çıxaran futbolçumun söyülməsi idi. Özüm də Ukraynada oynamışam. Ukraynanın ən aqressiv məşqçisi Kvartsayanı ilə çalışmışam. O, bəlkə də dünyanın ən aqressiv məşqçisi idi. Lakin Kvartsyanı bizimlə danışanda da ehtiyatlı davranırdı. Buna qədər bizim də futbolçularımızın ayağını sındırıblar. Lakin biz səsimizi çıxarmamışıq. Deyirlər ki, Avroliqada oynayan komandaların futbolçularına qarşı sərt oynamayın. Bəs, biz neyləyək? Həmin söyüşü qəbul edə bilmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30