24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım”

Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-u məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Qurbanov oyunla bağlı bunları deyib:

- Hamını təbrik edirəm. Çox ağır oyunda qələbə qazandıq. Hər şey düşündüyümüz kimi alındı. Futbolçularıma təşəkkür edirəm ki, belə vəziyyətdə özlərində oldular. Fikrimcə, çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq. Rəqib çox yaxşı komandadı. Onlara gələn oyunlarda uğurlar arzulayıram.

- Miçeli meydana buraxdız və qələbə gətirən qolu vurdu. Onu meydana buraxmaq səbəbi nə idi - o an nə düşünürdüz - istərdik ətraflı təsvir edəsiniz...

- Bəzən əvəzetmələr uğurlu alınır. Rahid bu gün çox iş gördü. Oyunun əvvəlində rəqib komandanın sağ cinahı çox güclü hücumlar qururdu. Həmin cinahda Maksim, Rahid və Qara çox böyük iş gördülər. Bir-birini tamamladılar. Düşündüm ki, top daha çox özümüzdə saxlamalıyıq. Topla çevik davranan birinə ehtiyac vardı. Miçel çox təcrübəli oyunçudu. Bu gün də öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə, hamının oyunundan razı qaldım. Komanda çox soyuqqanlı idi.

- Növbəti mərhələyə keçmək şansını necə dəyərləndirirsiz?

- Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də, işimizi bir az da çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, PAOK-un hələ də, mərhələ keçmək şansı var. Mübarizə son turadək gedəcək.

- Rəqibi yaxşı öyrənmişdiz. PAOK-la oyunda sizı çətinlik yaradan əsas məqam nə oldu?

- Çətinlik həm evdə, həm də burdakı oyunda oldu. Xüsusilə, rəqibin hücum xətti çox yaxşı idi. Topa yaxşı davranırdılar. Bisesvar bir epizodda müdafiəçimizi keçəndə çox böyük təhlükə yaşadıq. Ancaq yaxşı ki, həmin epizodda hücumu zərərsizləşdirə bildik. Bir də, rəqib standart vəziyyətlərdə, xüsusilə, küncdən zərbələr zamanı çox böyük təhlükə yaradırdı. Hər iki oyunda böyük çətinlik çəkdik.

- “Qarabağ” sanki “Viktoriya” ilə oyundan sonra çox dəyişib...

- Uğur əldə etmək üçün dəyişiklik mütləq olmalıdı. Həmin oyundan razı qalmışdım. Son dəqiqələrdə buraxılan qolla ÇL-dən kənarda qaldıq. Mövsümün əvvəli idi. Buna görə, tam hazır deyildik. Ancaq bundan sonra hazırkı formanı qoruyub saxlamalıyıq. Çünki bundan sonra bizə daha da çətin olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30