26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ruslan Abışov: “Qəbələ” və “Qarabağ”ı çox irəli buraxa bilməzdik” (MÜSAHİBƏ)

“İnter”in aparıcı üzvü Ruslan Abışov “Sumqayıt”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- X turda “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- Asan qələbə qazandığımızı deməzdim. Ardıcıl 3 heç-heçədən sonra bu qələbə bizim üçün vacib idi. Oyuna yaxşı başlamadıq. Lakin əsas olan nəticədir ki, onu da qazandıq. Hesabda geri düşdükdən sonra ardıcıl qollar vurub, qalib gəldik.

- Erkən qol buraxmağınızı oyuna arxayın çıxmağınızla əlaqələndirmək olar?

- Yox, oyuna arxayın çıxmamışdıq. Sadəcə ani diqqətsizlik oldu. Rəqib də bundan yararlanaraq künc zərbəsindən sonra hesabı açdı. Cavab qolunu tez vurduq. Bu da qələbə qazanmağımızda böyük rol oynadı.

- Turnir cədvəlindəki hazırkı vəziyyəti necə dəyərləndirərdin?

- Bu oyun bizim üçün çox vacib idi. Dünən “Qəbələ” və “Qarabağ” qələbə qazanmışdı. Turnir cədvəlində onları çox irəli buraxmaq olmazdı. Hazırda “Qəbələ”dən 4, “Qarabağ”dan 2 xal geri qalırıq. Sona qədər mübarizə aparacağıq. “Kəpəz” və “Zirə” də əsas rəqiblərimizdəndir. Bizim məqsədimiz çempion olmaqdı.

- Qəbələ qazanmağınıza baxmayaraq, “İnter”in oyununun ideal olduğunu söyləmək çətindir.

- Bu gün müəyyən səhvlərimiz oldu. Çatışmazlıqlar üzərində çalışacağıq. “Neftçi” ilə oyunda həmin səhvləri təkrarlamamalıyıq.

- “Neftçi”nin hazırkı durumunu “İnter” üçün üstünlük hesab etmək mümkündür?

- Bununla razılaşa bilmərəm. Daha əvvəl də “Neftçi”yə qarşı oynamışıq. Həmin vaxt “Qəbələ”yə 0:8 hesabı ilə uduzduqdan sonra bizə qarşı oynadılar. Çətin qələbə qazanmışdıq. Dünən də yenə “Qəbələ”yə məğlub olublar. Bizimlə oyunda motivasiyaları yüksək olacaq. “Neftçi” həmin oyuna dönüş nöqtəsi kimi baxır. Hazırda çempionatda asan oyun yoxdur. Hətta autsayder hesab olunan komanda ilə də qarşılaşma çətin keçir.

- Bu gün “Neftçi” rəhbərliyinin qərarına əsasən legionerlərdən biri komandadan qovuldu, 5 nəfər isə əvəzedici heyətə göndərilib. Hər halda, onsuz da zəif olan “Neftçi”ni bu itkilər “İnter”lə matçda daha da zəiflədəcək...

- Bundan xəbərim yoxdur. Əsas özümüzün necə oynamağımızdır.

- “İnter”in prezidenti Rəşad Qasımov komandadan gedir. Bu, çıxışınıza nə dərəcədə təsir göstərəcək?

- İstəməzdik ki, Rəşad müəllim komandadan ayrılsın. Hər zaman yanımızda idi, dəstək olurdu. Bizimlə söhbətində qeyd etdi ki, bundan sonra da stadiona gəlib, komandanı dəstəkləyəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30