19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Novruz Əzimov: “Bakı” yaşayır, yaşayacaq da”

“Sentyabrdan məşqlərə başlamışıq. Ötən həftə də yoxlama oyunu keçirmişdik. Bu dəfə isə “Tufan”la qarşılaşdıq və 2:0 hesablı qələbə qazandıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib.

Əzimov qarşıdakı günlərdə daha bir yoxlama oyunu keçirəcəklərini bildirib: “Sabahdan etibarən məşqləri bərpa edəcəyik. Qarşıdakı günlərdə daha bir yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Ya “Səbail”lə, ya da “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşacağıq”.

Cari mövsümdə “Bakı” həvəskarlar liqasında çıxış edəcək. Əzimov qeyd edib ki, çempionatın startına qədər heyəti tam komplektləşdirəcəklər: “Hazırda axtarışlarımız davam edir. 3 futbolçumuz “Şərur”un heyətində UEFA Həvəskarlar Liqasında mübarizə aparırdı. Həvəskarlar Liqasında yeni mövsümün nə vaxt başlayacağı məlum deyil. Amma qarşıdakı 10 gün ərzində seleksiya işlərini bitirəcəyik. Hazırda düşərgədə 20-yə yaxın futbolçu var”.

Təcrübəli mütəxəssis komandanın hazırkı durumundan da söz açıb. Novruz Əzimov vurğulayıb ki, əvvəlkinə baxanda hazırda maddi baxımdan vəziyyət daha yaxşıdır: “Bakı”nın vəziyyəti yaxşılığa doğru dəyişir. Hazırda maddi durum əvvəlki ilə müqayisədə daha yaxşıdır. Klubumuzun prezidenti Hafiz müəllim bu günlərdə icraçı direktor Yaşar Seyidovla görüşüb. Hafiz Məmmədov tezliklə vəziyyətin daha yaxşı olacağını bildirib. Biz Hafiz bəyə inanırıq. Əsas odur ki, “Bakı” yaşayır, yaşayacaq da.  Bu cür infrastruktura malik olan klub dağıla bilməzdi. İnanıram ki, tezliklə əvvəlki kimi güclü “Bakı” görəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30