20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qriqorçuk: “Cavid hazır olmasaydı, meydana çıxmazdı”

Topaz Premyer Liqasının X turunun “Qəbələ” - “Neftçi” oyunundan (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssisin böyükhesablı qələbəni belə şərh edib:

“Qələbənin asan qazanıldığını söyləmək düzgün deyil. Matçın əvvəli belə təsəvvür yaratsa da, əslində qələbə heç də asanlıqla əldə olunmadı. Oyunun gedişində də bəzi dəyişikliklərə əl atdıq, fasilədə futbolçularla müəyyən məsələlərlə bağlı söhbət etdik. Qarşılaşmanı aktivimizə yaza bilərik. Təkcə ona görə yox ki, 3 xalı belə hesabla qazandıq. Futbolçularımız strateji baxımdan düzgün oynadılar. Onların münasibətləri də yalnız müsbət təəssürat bəxş edir. Təbii ki, qol buraxmamaq xoşdur. Belə olanda xal qazanacağın təmin olunur. Amma uzun müddət qol buraxmamaq da çətindir. Təbii ki, müdafiə xəttində üzərində çalışmalı olduğumuz bəzi məqamlar da var.

Cavid Hüseynov hazır olmasaydı, meydana çıxmazdı. O, oynamağa hazır olduğu müddətdə meydanda şans qazanır. Oyunun axarı və digər məqamlar da nəzərə alınır. Yarımmüdafiəçinin üzərində necə çalışıb, meydana can atması da diqqətimi çəkir. Onun çalışqanlığı və istedadını da nəzərə alsaq, tezliklə bütün matçı oynaya biləcəyini gözləmək olar. Mən Ruslan Qurbanovla Cavid Hüseynovun meydanda olmasını istəyirdim. Bu üzdən hər ikisini eyni vaxtda meydana buraxdıq. Həmin dəyişikliklərin qoldan sonra gerçəkləşməsi təsadüflə bağlıdır. Qolun olub-olmaması bu dəyişikliklərə təsir etməyəcəkdi. Meydana hansısa futbolçunu buraxanda ona inanıb, şans veririk.

Bilirdim ki, Rəşad Eyubov meydana çıxmağa hazırdır. Biz ona daha faydalı ola biləcəyi mövqeni tapmışıq və iki matçdır dayaq yarımmüdafiəçisi kimi çıxış edir, qol da vurur. Qol imkanlarından istifadənin yüksək olmasını istəyərdik. Bunu bacarmamağımız ustalıq səviyyəsi ilə bağlıdır. Biz də istəyirik ki, bu səviyyəni qaldıraq. Zədəli futbolçularımızın növbəti avrokubok matçına hazır olub-olmadğını indidən deyə bilmərəm. Qarşıda üç məşqimiz var. Hazırlıq prosesi bu suala aydınlıq gətirəcək”.

 

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30