20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qəhrəman Əliyev: “Məqsədimiz Premyer Liqaya yüksəlməkdir”

"Ağır oyun alındı. Məqsədimiz Premyer Liqaya yüksəlməkdir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şəmkir”in baş məşqçisi Qəhrəman Əliyev deyib.

I divizionun 8-ci turunda “Şəmkir” öz meydanında MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Təcrübəli mütəxəssis minimal hesablı qələbəni belə şərh edib: “Oyunun çətin keçəcəyini bilirdik. Çünki MOİK hazırlığa digər komndalardan daha tez başlayıb. Son günlər süni meydançada məşq etmişdik. Bu gün qazon ağır idi. Məqsədimiz xal itikisinə yol verməmək idi, buna da nail olduq. Məşqçilər korpusu və futbolçular 3 xal qazanmaq üqçün əllərindən gələni etdilər. Komandanı təbrik edirəm. Futbolçularım əllərindən gələni etdilər”.

Qəhrəman Əliyev “Şəmkir”in lisenziya məsələsinə də ciddi yanaşdığını bildirib: “Lisenziya işlərinin mühüm əhəmiyyət daşıdığını bilirik. Məqsəd Premyer Liqaya yüksəlməkdirsə, bütün sənədləri qaydasına salmalıyıq. İl 2 yerdən birini tutsaq, lisenziya baxımından çətinlik yaşayacağımızı düşünmürəm”.

“Şəmkir”in çalışdırıcısı klub rəhbərliyinin uğur qazanmaq üçün lazımi şərait yaratdığını qeyd edib: “Rəhbərliyimiz komandanın qarşısına ilk 2 yeri tutmaq tapşırığı qoyub. Bu məqsəd çatsaq, komanda üçün hər bir şəraiti yaradılacaq. Qışda I divizionda limit dəyişsə, hər hansı probem yaşamayacağıq. Heyətdə istedadlı gənc futbolçularımız var”.

Qəhrəman Əliyev kubokda mübarizəni dayandırmalarından da söz açıb: “Bizim üçün hər iki cəbhədə mübarizə aparmaq çətin idi. Amma kubok matçında da əlimizdən gələni etdik. Son dəqiqəqə qol buraxdıq. Artıq çempionat oyunlarına tam köklənmişik. Bu qələbənin komandada əhval-ruhiyyənin yüksəldəcəyinə inanırıq”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30