19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Saşa Yunisoğlu: “O mənim qədər futbol oynasın, sonra danışsın” (MÜSAHİBƏ)

Milli komandamızın sabiq üzvü, hazırda “Səbail”də forma geyən Saşa Yunisoğlunun Futbolxeber.az saytına müsahibəsi

- I divizionun VIII turunda “Şərurspor” üzərində 3:2 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Oyunun son nəticəsi istədiyimiz kimi oldu. Qələbə qazandıq. 3 xal üçün meydana çıxmışdıq. Birinci hissədə yaxşı oynadıq. 3 dəfə rəqib qapısına yol tapdıq. Eləcə də qaçırdığımız qol şansları oldu. İkinci hissədə meydana bir qədər arxayın çıxdıq. Buna baxmayaraq, yekun istədiyimiz kimi alındı. Artıq gələn oyunlara hazırlaşmalıyıq. Hər oyunda 3 xal qazanmaq istəyirik. Məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir.

- Oyunun sonlarında zədələnərək yerdə qaldın. Bu, rəqib qapıçının narazılığına səbəb oldu və o, “Saşa, heç olmasa sən belə etmə. Sən gənclərə örnək olmalısan. Elə buna görə 2 il futbolsuz qaldın da” dedi.

- Bu sualı yığışdır. Bu nə sualdı verirsən? Mən niyə oynamıram ki?

- Mən demirəm ki.

- Kim dedi?

- Rəqib qapıçı.

- Mənim kimi, mənim qədər futbol oynasın, sonra danışsın.

- Uzun illər Premyer Liqada oynasan da, hazırda I divizionda çıxış edirsən. 2 çempionat arasında fərq çoxmu böyükdü?

- Bu il I divizon əvvəlki illərə baxanda çox maraqlıdı. Deyərdim ki, çempionat 5 qat güclənib. Təcrübəli oyunçuların sayı çoxdu. Bu da marağı daha da artırır.  Oyunların bir çoxu gərgin mübarizə şəraitində keçir. Ötən mövsüm çempionatında 1-2 komanda iddialı idi. Bu mövsüm isə belə komandaların sayı 6-7-yə bərabərdi.

- Qeyd etdin ki, komandanızın məqsədi çempionluqdu. Bu yolda əsas rəqib qismində hansı komandanı görürsən?

- Hələ ki bütün komandalarla oynamamışıq. Qarşılaşdığımız rəqibləri yaxşı tanıyıram. “Turan Tovuz” hazırda çempionatın lideridi. Çempionluğa onlar da əsas namizədlərdəndirlər. Bu komanda ilə yanaşı özümüzü qeyd etmək istərdim. “Səbail” çox güclü komandadır. Sadəcə, hələlik bəxtimiz bir qədər gətirmir.

- “Səbail”in Müşahidə Şurasının sədri AFFA prezidentinin oğludur. Bu məqam futbolçuların məsuliyyətini artırır?

- Təbii ki, məsuliyyətimizi artırır. Bu cür insanlar bizə dəstək olurlarsa, onların etimadını doğrultmalıyıq.

- “Şərurspor” üzərindəki qələbədən sonra Müşahidə Şurasının üzvləri sizi paltardəyişmə otağında təbrik etdilər. Sirr deyilsə, qələbəyə görə nə qədər mükafat vəd edildi?

- Bu, sırf komandanın daxili işidi. Bizi qələbə münasibəti ilə təbrik etdilər. Bəzən “Sağ ol” kəlməsi də stimuldu.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30