20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" Bakı Metropliteninə müraciət etdi

"Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib.

Klubun baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, məktubda Bakı Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.

Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə - gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.

Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30