23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“İnter Arena”da “premiya” davası: Hakim pul almaq üçün tribunaya qalxan oyunçuya mane oldu

Futbol üzrə Azərbaycan I divizionunda keçirilən “Bakılı” - “Mil Muğan” oyununda maraqlı anlar yaşanıb.

Futbolxeber.az saytının “İnter Arena”da olan əməkdaşının verdiyi məlumata görə, “Bakılı” matçın 90+3-cü dəqiqəsində qələbə qolunu vurub.

Qolu çılğın şəkildə qeyd edən Vurğun Həsənzadə üzünü “Bakılı” rəhbərliyinin yer aldığı istiqamətə tutaraq, “premiya”mızı verin, “premiya”mızı deyib. Klub rəhbərlərindən biri futbolçunun istəyini dərhal yerinə yetirməyə çalışıb. O, cibindən pul çıxardaraq meydana tərəf uzadıb. Maraqlıdır ki, qol vuran futbolçu da pulu almaq üçün həmin tərəfə yollanıb. Yalnız dördüncü hakimin müdaxiləsi Azərbaycan futbolunda növbəti qeyri-adi hadisənin yaşanmasına mane olub.

Qeyd edək ki, matçdan sonra “Bakılı”nın prezidenti Misir Əbilov paltardəyişmə otağında futbolçuları mükafatlandırıb. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30