19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Aqil Abbas: “Bütün Azərbaycandan üzr istəməli, sonra qovulmalıdır”

Millət vəkili Aqil Abbas “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın “Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, qol.az-a açıqlamasında əcnəbi futbolçunun bu tərbiyəsizliyini kəskin pisləyib və onun  klubdan qovulmalı olduğunu deyib:

“Belə bir hadisəni ilk dəfə görürəm. Yadınızdadırsa, bir dəfə “Barselona”nın futbolçusu Lionel Messi bilmədən azarkeşin salamını almamışdı. Bütün dünya ayağa qalxdı ki, Messi  uşağı niyə təhqir elədi. Sonra Messi o uşağı stadiona apardı və ondan üzr istədi.

Mən başa düşə bilmirəm, sən azarkeşi niyə döyürsən? Qəribə burasıdır ki, futbolçular Katalin Tiraya qırmızı vərəqə göstərdiyinə görə hakimə etiraz edirdi. Hətta “Qarabağ”ın futbolçuları da hakimin qərarından narazı idi.

O futbolçu qovulmalıdır. Ancaq ilk növbədə bütün Azərbaycandən üzr istəməlidir. Düzdür, baş məşqçi Elxan Abdullayev deyib ki, komandadan qovacağıq. Ancaq birinci üzr istəməlidir”.

Aqil Abbas ümumilikdə klubların legioner transferində işləri düzgün qurmadığını qeyd edib: “Bu, ciddi bir müzakirə  mövzusudur. Gedib küçədən, çayxanadan futbolçuları yığıb gətirirlər.  Çempionatda da onlar oynayır. Bəs bizim futbolçular özünü harda göstərəcək, məhlədə? Bu qədər legioneri niyə gətirirlər? O qədər pulu xərcləməkdənsə, 3-4 normal legioner almaq daha yaxşı olar. Deməli, nəsə məqsədləri var”.

Aqil Abbas “Neftçi”nin acınacaqlı durumu haqda da danışıb: “Neftçi”də hər şey pozulub. Klubu yenidən toparlamaq lazımdır. Elə bil ki, 70 ilin köhnə maşınını divara vurub əziblər. İndi maşını yaxşı ustaya aparıb yığdırmaq əvəzinə, çəkiclə döyəşləyib düzəltmək istəyirlər.

Üzümü “Neftçi” azarkeşlərinə tutub demək istəyirəm ki, hər dəqiqə etiraz etmək lazım deyil. Dünən “Neftçi” pis çıxış etmədi. Amma “Qarabağ”la oynayırdı. Axı “Neftçi” indi özünü toparlayır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30