29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” - “Neftçi” duellərində 5-ci dəfə

“Neftçi”nin futbolçusu Jairo Rodriges 3 antirekorda imza atıb. Futbolxeber.az saytının məlumatına görə, buna səbəb onun Topaz Premyer Liqasının IX turunun “Qarabağ”la ev oyununda avtoqol müəllifi olmasıdır. Belə ki, bu, braziliyalı müdafiəçinin həm mövsümdə, həm də Premyer Liqa tarixində öz qapısına vurduğu 3-cü qol olub. O, III turun “Qarabağ”la avqustun 21-də keçirilən səfər (0:3) və IV turun  sentyabrın 10-da baş tutan “Qəbələ” ilə ev (0:8) görüşlərində də avtoqola üzülmüşdü.

Bununla da Jairo Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçulara məxsus antirekordu təkrarlayıb. Onadək Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu belə uğursuzluq yaşamışdısa, cənubi amerikalı 3 avtoqol müəllifi olan 4-cü oyunçu kimi tarixə düşüb. O, bu “dördlük”də yeganə legionerdir və əcnəbilər arasında mütləq antirekordçudur.

Rodriges hər üç xətaya eyni mövsümdə yol verməklə, çempionat ərzində 3 dəfə qapısına qol vuran 2-ci futbolçu olub. Onadək yalnız Natiq Qasımov belə halla üzləşib. MOİK-in üzvü 2005/06 mövsümündə belə uğursuzluq yaşayıb.

Jairo həm də ölkə çempionatlarının daimi iştirakçısı olan iki klub - “Neftçi” və “Qarabağ” arasında oyunlarda 1-dən çox avtoqol edən ilk futbolçudur. Cari mövsümədək qeydə alınan hər üç belə hal Ağdam klubunun üzvlərinin passivində idisə, bakılıların hər iki avtoqolu cari çempionat və eyni oyunçunun adı ilə bağlı oldu. Bununla da iki komanda arasında matçlarda avtoqol sayı 5-ə çatıb.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31