29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

I divizionda ayın ən yaxşı qolu seçildi

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

Futbolxeber.az saytının məlumatına görə, PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçib. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar. 

Hələlik PFL hansı qolun ayın ən yaxşısı seçildiyini açıqlamayıb. Lakin az əvvəl məlum oldu ki, ayın qolunun müəllifi oktyabrın 28-də keçiriləcək “Şəmkir” - MOİK oyununda mükafatlandırılacaq. Bu isə o deməkdir ki, sorğunun qalibi ya “Şəmkir”dən Qeyrət Qənbərov, ya da MOİK-dən Orxan Həsənovdur. Hər iki futbolçunun qolu ayın ən yaxşısı adına namizəd idi. Mükafatlandırma mərasimi üçün “Şəmkir” - MOİK oyununun seçilməsi o deməkdir ki, digər 3 namizəd - Mehman Məmmədov, Fərmayıl Əliyev (hər ikisi “Şərurspor”) və Habil Nurəhmədov (“Şahdağ”) qalib seçilməyiblər.

Qeyd edək ki, PFL-in rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunda ən çox səsi Qeyrət Qənbərov toplayıb (68 faiz).  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31