25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mahir Mədətov: “Qəbələ” və “İnter”in xal itirməsi barədə düşünmürük” (MÜSAHİBƏ)

“Qarabağ”ın hücumçusu Mahir Mədətovun Futbolxeber.az saytına müsahibəsi

- Premyer Liqanın IX turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- Çətin oyun oldu. Belə olacağını da gözləyirdik. “Neftçi” bizə qarşı yaxşı hazırlaşmışdı, görünürdü. Biz də rəqibdən çəkinmədik, öz oyunumuzu oynadıq. Sonda da qələbə qazandıq.

- Bu qələbə sayəsində həm də liderlə xal fərqini 2-yə endirdiniz...

- Biz “Qəbələ” və “İnter”in xal itirməsi barədə düşünmürük. Öz oyunumuzu oynasaq, istəyimizə çatacağıq. Qarşıda “Qəbələ” ilə 3 oyunumuz var. Həmin görüşlərdə maksimum xal toplamağa çalışacağıq. Məqsədimiz yenə də çempion olmaqdı.

- Son vaxtlar əvvəlki kimi məhsuldar təsir bağışlamırsan. Yaxaladığın qol şanslarını qaçırırsan. Bu, nədən irəli gəlir?

- Həqiqətən də son zamanlar qol epizodlarım çox olsa da, dəyərləndirə bilmirəm. Məşqlərdə bu haqda düşünürəm. Çıxışımı təhlil edirəm. Dayanmadan üzərimdə çalışıram. İnanıram ki, qarşıdakı oyunlarda qol şanslarından maksimum istifadə edəcəyəm.

- Böyük istedada malik olsan da, təkcə oyunun deyil, xasiyyətin də bəzən müzakirələrə yol açır. Bu məqam səni narahat edir?

- Təbii ki, xasiyyətim pisdirsə, düzəlməliyəm. Komanda yoldaşım İbrahim Şehiçin müsahibəsini oxumuşdum. O deyirdi ki, “Qarabağ”da futbolçu və insan kimi formalaşmalıyam. Mən də eyni fikirdəyəm. Komanda yoldaşlarım nə deyirlərsə, etməliyəm.

- Artıq U-21-ə mütəmadi olaraq dəvət alırsan. Özünü əsas millidə oynamağa hazır sayırsan?

- Bu barədə dəqiq nəsə deməyim düz çımaz. Desəm hazır sayıram, bu, özündənrazılıq kimi qəbul edilər. Çağırsalar, tam gücümülə oynayacağam. Yox çağırmasalar, günahı özümdə axtaracağam. Deməli, oyunumu daha da artırmalıyam. Gələcəkdə məqsədim millinin daimi üzvü olmaqdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30