28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: "Qəbələ"dən bunu tələb etməmişəm, belə də yazın"

"Qəbələ" ilə yeni müqavilə məsələsi haqda sizə indi heç nə söyləyə bilmərəm. Çünki deyiləsi bir şey yoxdur. Belə məsələlərə necə yanaşdığımı bilirsiniz". Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

Təcrübəli ukraynalı mütəxəssis iki ildir çalışdığı klubla yaxın vaxtda yeni müqavilə imzalayacağı ilə bağlı deyilənlərə münasibətini bildirib.

R.Qriqorçuk dəqiqləşməyən məsələ haqda danışmaq fikrində olmadığını söyləyib: "Belə söz-söhbətlərə toxunulanda çalışıram ki, bunlardan yan qaçım. Ona görə də "şərhsiz" cavabını verirəm. Məsələ dəqiqləşməyəndə deməyə bir şey olmur. Sizə hansısa yalanı söyləyə bilmərəm. Mən belə hərəkət etmirəm. Sizə hansısa imformasiya verə də bilmərəm. Çünki bu, yoxdur. Mən sizə tam səmimi deyirəm, heç nədə aldatmıram. Onu dəqiq bilin ki, doğru sözlərimdir. Nə bir şeyi böyüdürəm, nə də kiçildirəm. Yeni müqavilə ilə bağlı suala indi cavabım yoxdur".

Qriqorçukun sözlərinə görə, yeni müqavilənin müzakirəsində köməkçilərinin sayının və transferlər üçün büdcənin artırılması tələbi ilə çıxış etməyib: "Bax, bunu sizə dəqiq deyə bilərəm ki, mən belə tələbləri kluba, rəhbərliyə deməmişəm. Mən tərəfdən büdcə və köməkçilərlə bağlı tələb olmayıb. Onu deyə bilərəm ki, bu, yalnız istəyimdir. Hər bir məşqçi istəyər ki, klubda maddi məsələlər qaydasında olsun. Ancaq indiki məqamda deyilən tələbləri irəli sürməmişəm. Belə də yaza bilərsiniz".

Xatırladaq ki, "Qəbələ"nin yeni 1 illik müqavilə imzalayacağı söylənilən Qriqorçukla hazırkı anlaşması cari mövsümün sonunda bitəcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31