18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Nikolov: "Bizə zəif rəqibin düşdüyünü deyə bilmərik"

Hazırda komandayla Avstriya toplanışında olan "İnter"in prezidenti Georgi Nikolov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün atılmış püşkatmanın nəticələrilə bağlı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb: "Bu klub avrokubokda debütantdır, lakin buna baxmayaraq rəqibə hörmətlə yanaşmaq lazımdır. “Mariehamn” gücü, yüksək sürəti və fiziki qüvvəsilə fərqlənən Finlandiya futbolunun təmsilçisidir. Finlandiyanın bütün klubları “qaranlıq rəqiblər"di. Orada oynayan futbolçular yaxşı fiziki parametrlərlə fərqlənirlər. Düşünürəm ki, bizə zəif rəqibin düşdüyünü deyə bilmərik. Bizə bu oyunlara böyük məsuliyyət hissilə yanaşmaq lazımdır və səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq. Bunu etmək bizə müyəssər olarsa,  o zaman sakit nəfəs almaq mümkün olacaq. Əlavə edim ki, mən rəqibə böyük hörmətlə yanaşıram. Bir daha qeyd edim ki, komandanın “qaranlıq rəqib” statusu məni bir qədər narahat edir. Amma hər halda “İnter”in avrokuboklarda az olmayan təcrübəsi var və ondan, eyni zamanda məşqçinin və oyunçuların təcrübəsindən istifadə etməyə çalışacağıq. İkinci tura gəlincə, ancaq onu demək istəyirəm ki, yaşayarıq görərik. Öncə bizə fin maneəsini keçmək lazımdır, sonrasa ikinci mərhələ barədə düşünmək olar”.

Qeyd edək ki, ilk “Mariehamn”-“İnter” matçı iyulun 4-də baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30