29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil”

“Hamı bu nağılı, filmi davam etdirməyimizi istəyir. Optimistəm, düşünürəm ki, bunu bacararıq. Uğurlu seriyamızı növbəti ayda da davam etdirə bilərik. Arzu edirəm ki, bu filmi müsbət sonluqla başa çatdıraq”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında millimizin DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışlarından bəhs edib: “Artıq futbolçular özlərinə tam əmindirlər. Şimali İrlandiya ilə oyunda əlimizdən gələn hər şeyi edəcəyik ki, yaxşı nəticə qazanaq.  Azərbaycan futbol ölkəsi deyil. Amma ümumilikdə idman ölkəsidir. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanırlar.

Bizim uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan millisi tarixi nəticə qazanmaq üçün yaxşı şans əldə edib. İnsanlarda eyforiya var. Bu,  həm yaxşıdır, həm də pis. İstərdim ki, bundan sonra hansısa rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” desinlər”. 

Prosineçki Bakıda yaşamağından məmnun olduğunu bildirib: “Bakı fenomenal şəhərdir, hər gün tikinti işləri gedir. Burda yaşamaq təhlükəsizdir, cinayət hadisələri az baş verir. Yaxşı məktəblər var. Çox olmasa da, Bakıda xorvatlar da yaşayır. Burda yaxşı işləməyimiz üçün hər cür şərait yaradılıb. Stadionlar, infrastruktur əla səviyyədədir. İşləməyimə mane olan yoxdur. Mənə başqa nə lazımdır?”

47 yaşlı mütəxəssis futbolçu olduğu zaman siqaret çəkməsinə də münasibət bidlirib: “Hər zaman işimə peşəkarcasına yanaşmışam. Futbolu çox sevmişəm. Haqqımda yayılan bəzi məlumatlar yalandır. Heç bir klubda problemli oyunçu olmamışam. Belə olmasaydı, “Real” və “Barselona” kimi klublarda çıxış etməzdim. Yalnız bir çatışmazlığım var idi - siqaret çəkirdim. Bunu gizlətmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31