28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yusif Həsənov: “Bu məqsəd uğrunda mübarizə aparmayacağıqsa, niyə oynayırıq?”

I divizionda mübarizə aparan “Səbail” klubunun icraçı direktoru Yusif Həsənovun Futbolxeber.az saytına müsahibəsi

- I divizionun VII turunda komandanız öz meydanında “Ağsu” ilə görüşdə 2 xal itirdi. 1:1-lik heç-heçə necə dəyərləndirə bilərsiz?

- Çox yaxşı, sürətli oyuna şahidlik etdik. Rəqib də yaxşı oynadı. Təbii ki, biz meydana qələbə üçün çıxmışdıq. Komanda istəyinə çatmaq üçün çox əziyyət çəkdi. Alınmayanda alınmır. Bu heç-heçədən dərs götürdük. Növbəti oyunlara daha ciddi hazırlaşacağıq.

- “Səbail”in qapı xəttində problem olduğu hiss olunur. Elə son matçda da qapıçının səhvindən sonra komanda qapısında qol gördü. Diqqətimizi bir məqam çəkdi ki, “Ağsu” ilə görüşü izləyənlər arasında “Neftçi”nin ehtiyat qapıçısı Maksim Vaylo da var idi. Həmin oyunçunu “Səbail”də görə bilərik?

- Xeyr, belə bir söhbət yoxdu. Qışa qədər transfer reallaşdırmağı planlaşdırmırıq. Qış fasiləsinə yaxın klubun Müşahidə Şurasının iclası olacaq və orada transferlərlə bağlı lazımi qərarlar veriləcək.

- İlk dövrənin artıq yarısı geridə qalıb. I divizionun səviyyəsinin yüksəlməsi fikri ilə razısız?

- Həqiqətən də çempionatın səviyyəsi artıb. Özüm də əksər oyunları izləyirəm. Bir çox görüşlər maraqlı alınır. Bu mövsüm I divizionda təcrübəli oyunçular çoxdu. Maraqlı mübarizə gedir. Təsadüfi deyil ki, hazırda üst pillələrdə qərarlaşan 4 komandanın eyni xalı var. Mövsümı zəif start verən komandalar da artıq toparlanıblar. Rəqabət çox ciddidi.

- Cari mövsümdə hədəf “Səbail”in formalaşdırılması, yoxsa Premyer Liqaya yüksəlməsidir?

- Hər ikisi.

- Özünüz də qeyd etdiniz ki, çempionatda rəqabət yüksəkdir. Bu halda Premyer Liqaya yüksəlməyiniz nə dərəcədə realdı?

- Təbii ki, asan olmayacaq. Amma məqsədimiz Premyer Liqaya yüksəlməkdir. Bu məqsəd uğrunda mübarizə aparmayacağıqsa, niyə oynayırıq?

- Hakimliyin səviyyəsindən razısız?

- Bu mövsüm I divizionda bir çox oyunları Premyer Liqa təcrübəsi çox olan hakimlər idarə edir. Bu da səviyyənin artmasına gətirib çıxarır. Təbii ki, hakim də insandı və səhv edə bilər. Amma ümumi götürsək, divizionda hakimliyin səviyyəsi artıb. Əvvəlki illərə baxanda çox irəliləyiş var.

- Premyer Liqada çıxış etmək üçün lisenziya məsələsi də yer tutmaq qədər önəmlidir. Bu sahədə “Səbail”də hansı işlər görülür?

- Son 1 ayda artıq lisenziya məsələsi üzərində işləyirik. AFFA ilə əməkdaşlıq edirik. Artıq indidən tələb olunan bütün sənədlərin yığılmasına başlamışıq.

“Layihə AFFA yanında media komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31