28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” üçün vuruşdum”

“Qələbə qazandığımız üçün çox şadam. Emosiyalar yüksəkdir. Vacib 3 xal qazandıq. Artıq çempionatda “Neftçi”yə qarşı keçirəcəyimiz oyunu düşünmək olar”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri PAOK-la oyundan sonra “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

Təcrübəli forvard Avroliqanın qrup mərhələsinin III turunda Yunanıstan təmsilçisi üzərində qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: “Biz PAOK-dan daha yaxşı oynadıq. Qələbəni daha çox istəyirdik. Meydanda da rəqibdən daha çox çalışdıq. 2:0 hesablı qələbə bizim haqqımız idi”.

Ndlovu daha sonra bunları söyləyib: “Bəli, oyunun gedişində rəqib müdafiəçilərlə aramızda mübahisə olurdu. Amma meydanda olanlar elə orada da qalır. Komandam üçün vuruşdum. Rəqibin heyətində Koulourisi yaxşı tanıyıram. Oyundan öncə də onunla söhbətimiz oldu. Bildirdi ki, “Qarabağ”a hörmətlə yanaşırlar. Eləcə də “Fiorentina” ilə oyundan danışdıq. Mən dedim ki, səfərdə qırmızı vərəqə almağımız bütün planlarımızı pozdu”.

Ndlovu qeyd edib ki, “Dalğa Arena” ilə müqayisədə Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqa matçlarını keçirmək daha yaxşıdır: “Respublika stadionu hər kəs üçün rahatdır. “Dalğa Arena”nın məsafəsi uzaqdır. Üstəlik, Respublika stadionunda azarkeş dəstəyimiz daha çox və daha yüksək olur. Fanatlar PAOK-la oyunda bizə əla dəstək verdilər”. 

“Qarabağ”ın hücumçusu noyabrın 4-də PAOK-a qarşı səfərdə keçiriləcək oyun barədə danışmağın tez olduğunu vurğulayıb: “Salonikidəki matç barədə danışmaq tez və çətindir. Təbii ki, PAOK güclü komandadır. Bizi çətin oyun gözlədiyi məlumdur. Hazırda onlar bazar günü “Olimpiakos”a qarşı keçirəcəkləri oyunu, biz də “Neftçi” ilə matçı düşünürük”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31