19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zaqatala”nın baş məşqçisi: “Nəticə gözlədiyimdən də yaxşı oldu” (MÜSAHİBƏ)

I divizionda mübarizə aparan “Zaqatala” klubunun baş məşqçisi Şaban Şirdanovun Futbolxeber.az saytına müsahibəsi

- Komandanız VII turda səfərdə MOİK üzərində 3:0 hesablı qələbə qazandı. Görüşlə bağlı nə deyə bilərsiz?

- Maraqlı oyun oldu. Rəqib də yaxşı mübarizə apardı. MOİK də Premyer Liqa uğrunda mübarizə aparır. Oyunla sübut etdilər. Onların da qol vurmaq üçün imkanları oldu. Penaltidən istifadə edə bilmədilər. Ümimilikdə, biz də qol şanslarını boşa verdik. Lakin rəqiblə müqayisədə bizdə çox şey alındı. Oyunçularıma təşəkkür edirəm. Nəticə gözlədiyimdən də yaxşı oldu.

- Komandanızın cari mövsümdəki məqsədi nədir?

- Premyer Liqada oynamağa qadir olan komanda formalaşdırmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik.

- Demək olar ki, “Zaqatala”nın hədəfi Premyer Liqada oynamaqdır?

- Bəli, belə bir hədəfimiz var. İstəyirik ki, növbəti mövsüm Premyer Liqada çıxış edək.

- Lakin Premyer Liqaya vəsiqə qazanmaq üçün lisenziya almaq da şərtdir...

- Lisenziya məsələlərinə mən baxmıram. Baş məşqçi kimi işim oyun planında komanda formalaşdırmaqdır.

- Cari mövsümdə I divizionun səviyyəsinin artması fikri ilə razısız?

- Müsbət mənada əvvəlki mövsümlərlə müqayisədə fərq var. Bir neçə komanda iddialıdır. Bu gün (söhbət dünən olub) meydanda mübarizə aparan hər iki 2 komanda Premyer Liqada mübarizə apara bilər.  

- Növbəti turda daha bir iddialı komanda - “Qaradağ Lökbatan”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləmək olar?

- Hədəfimiz yaxşı kollektiv formalaşdırmaqdır. Bu baxımdan rəqibin kimliyi bizim üçün ikinci dərəcəli olur. İlk növbədə öz oyun fəlsəfəmizə sadiq qalmağa çalışırıq. Nəticənin necə olacağını zaman göstərəcək. “Zaqatala”nın potensialı çempion olmağa da kifayət edir.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30