20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu nəticəyə sevinə bilmərik”

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun “Sent-Etyen” (Fransa) - “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı qarşılaşma barədə bunları deyib:

 “Nəticədən üzgün deyilik. Belə oyuna görə məyus ola bilmərik.  Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Düşünürəm ki, hesab oyuna görə idi. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdur. Çünki çox güclü komandaya uduzmuşuq.

Təxminən 3 il əvvəl “Çernomorets”in baş məşqçisi olduğum vaxt Fransada “Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm. Çünki fərqli vəziyyətlərdir. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq.

Görürəm ki, hər üç rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. Bu da komandamıza lazımdır. İnanıram ki, komanda daha güclü olacaq”.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30