29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Abdulbari Gözəl: “İkinci qoldan sonra qələbəyə əmin oldum”

“Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Hər bir sahədə olduğu kimi, Azərbaycanda futbol da inkişaf edir. Çox şadam ki, bu gün 2:0 hesablı qələbə qazandıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl PAOK-la oyundan sonra deyib.

Abdulbari Gözəl qələbəni belə şərh edib: “Qarabağ” böyük müvəffəqiyyət qazandı. Komandadan çox razıyam. Qələbədən dərhal sonra onları təbrik etdim. Rəqibi tanıdıq artıq. İnanıram ki, səfərdə də yaxşı olacaq. “Qarabağ” özünə güvənir. Komandanın öz oyun tərzi var”.

Yeni trasferlərlə bağlı sualı A. Gözəl belə cavablandırıb: “Bəzən çox yaxşı futbolçu gətirsən də, oynaya bilmir. Çalışırıq ki, komandaya yeni qan verək. Hər zaman bu məsələ nəzərimizdədir. Axtarışlar daim gedir. Bu, olmalıdır”.

“Qarabağ”ın fəxri prezidenti qrupdan çıxmaq şansı barədə bunları söyləyib: “İndidən dəqiq nəsə deyə bilmərəm. “Qarabağ”a güvənirəm. Oyunun gedişində ayağa qalxırdım. Həm qol vurarkən, həm təhlükəli epizodlar yaşanarkən. İkinci qoldan sonra qələbəyə əmin oldum”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31