25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Musa Qurbanov: “Oyundan yox, hesabdan razıyam”

“Mövsümə yaxşı başlamamışdıq. Ona görə də bugünkü matç bizim üçün vacib idi. Komandamız meydandan qələbə ilə ayrıldı”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Zaqatala”nın Müşahidə Şurasının sədri Musa Qurbanov deyib.

Zaqatala təmsilçisi I divizionun VII turunda səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub edib. Böyükhesablı qələbəyə baxmayaraq, Qurbanov komandasının çıxışından tam razı qalmadığını söyləyib: “Hesabdan razı qalsam da, oyundan narazıyam. Qələbəyə baxmayaraq, komandamızın çıxışından tam razı deyiləm. Boşluqlar var. Ancaq inanıram ki, zamanla düzələcək”.

Musa Qurbanov “Zaqatala”nın növbəti mövsümdə Premyer Liqada çıxışı üçün lazım olan sənədlər üzərində çalışdıqlarını söyləyib: “Premyer Liqaya yüksəlmək üçün komanda nəticə qazanmalıdır. İlk növbədə yüksək pillələrdən birini tutmaq lazımdır. Lisenziya almaq üçün lazım olan sənədlər üzərində iş aparırıq. Əlimizdən gələni edirik ki, lisenziya alaq. Nələrin olacağını zaman göstərəcək”.

“Zaqatala”nın Müşahidə Şurasının sədri son zamanlar klubdan ayrılacağı barədə yayılan xəbərlərə də münasibət bildirib: “Həmin xəbərlərlə tanışam. Bir müddət əvvəl kluba yeni sponsorun cəlb edilməsi barədə danışıqlar gedirdi. Görünür, yayılan xəbərlər də bununla bağlıdır. Hələ ki həmin danışıqlarla bağlı yekun nəticə yoxdur. Heç kim komandadan azad olmağım barədə söz deməyib. Hələ kimi özümün də klubdan getmək fikrim yoxdur”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30