19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İnter" üçün 94 yaşlı rəqib

Ölkə çempionatının bürünc mükafatçısı "İnter" Avroliqanın ilkin təsnifat mərhələsində Finlandiyanın "Mariehamn" klubu ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, Finlandiyanın eyniadlı şəhərini təmsil edən komandanın əsası 1919-cu ildə qoyulub. Komanda ev oyunlarını 4 min tamaşaçı tutumuna malik olan "Viklof Holdinq" stadionunda keçirir. Klubun prezidenti Mikael Qranskoq, baş məşqçisi isə Pekka Lyuyuskidir. Ötən mövsüm ölkə çempionatında dördüncü olan "Mariehamn" hazırda 14 turdan sonra beşinci pillədə qərarlaşıb. Cari mövsüm komanda keçirdiyi 14 oyunun 6-da qalib gələn "İnter"in rəqibi 3 dəfə heç-heçə edib və 5 dəfə yenilib. Vurduğu 22 qolun arşılığında öz qapısında 21 qol görüb. Komanda son oyununu iyunun 19-da "KuPS Kuopio"ya qarşı keçirib. Rəqibini öz meydanında qəbul edən "Mariehamn" 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarına Braty (2 dəfə), Östlind və Orgill imza atıblar.

Qeyd edək ki, "İnter"in rəqibi ev oyunları zamanı ağ-yaşıl, səfər matçlarında isə sarı rəngli formadan istifadə edir.

2004-cü ildən Finlandiyanın yüksək liqasına vəsiqə qazanan komanda bu il avrokuboklarda debüt edəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30