23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Tale Heydərov Ronaldinyonun Bakıya gəlişindən danışdı

"Qəbələ" klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Ronaldinyonun iştirakı ilə Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə braziliyalı ulduzla yanaşı "Qəbələ" klubunun prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədov, "Qəbələ" akademiyasının direktor müavini Nail Kərimov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nail Kərimov açıb. O, Ronaldinyonun ölkəmizə gəlişinin səbəblərindən söz açıb. Qeyd olunub ki, tezliklə ölkəmizdə "Ronaldinho Soccer Academy" fəaliyyətə başlayacaq.

Daha sonra "Qəbələ" klubunun prezidenti Tale Heydərov çıxış edib: "Bir müddətdir Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. İmkan bu günə idi. Sevinirik ki, braziliyalı futbolçu hazırda paytaxtımızdadır. Məqsdə Bakıda futbol akademiyası yaratmaqdır. Daha öncədən Qəbələdə klubumuzun akademiyası fəaliyyət göstərir. İndi də Bakıda akademiya yaradırıq. Ümid edirik ki, bu akademiya Azərbaycanda futbolun inkişafına kömək edəcək. Azyaşlılarda futbola daha da maraq yaranacaq. Ronaldinyo öz komandası ilə akademiyanın fəlsəfəsini yaradacaq. Akademiyanın harada yerləşəcəyi hələ məlum deyil. Yaxınlarda bununla bağlı qərar veriləcək. Fürsətdən istifadə edib, Bakıya səfər etdiyinə görə Ronaldinyoya, gələcəkdə bizə göstərcəkləri dəstəyə görə isə AFFA-ya minnətdarlıq edirik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30