20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qarabağ” - PAOK: Rəşad Sadıqov ehtiyatda qaldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün üz-üzə gələcək “Qarabağ” və PAOK klublarının ehtimal heyətləri açıqlanıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, Yunanıstan mətbuatında hər iki komandanın meydana hansı “11-lik”lə çıxacağı ilə bağlı yazı dərc edilib.
 
Həmkarlarımızın fikrincə, “Qarabağ”ın kapitanı, zədəsini tam sağaltmayan Rəşad Sadıqov ehtiyatda qalacaq. Onlar baş məşqçisi Qurban Qurbanovun bu heyətə şans verəcəyini düşünürlər: İbrahim Şehiç, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Ansi Aqolli, Migel Madera, Riçard Almeyda, Dani Kintana, Əfran İsmayılov, Reynaldo Silva, Dino Ndlovu.
 
Yunanıstan mediası təxmin edir ki, Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində Maksim Medvedev və Bədavi Hüseynov tandem təşkil edəcəklər. Sağ cinah müdafiəçisi Maksim mərkəzə çəkildiyindən, onun yerində Arif Daşdəmirov yer alacaq. Müdafiənin sol cinahının isə Ansi Aqolliyə tapşırılacağı, onsuz da, gözləniləndi. Eyni sözləri qapıçı İbrahim Şehiçə də aid etmək olar.
 
Yarımmüdafiənin mərkəzində Migel Madera və Riçard Almeyda, onlardan bir qədər öndə isə Dani Kintananın çıxış edəcəyi gözlənilir. Sağ insayd mövqeyində Əfran İsmayılov, əks cinahda isə Reynaldo Silva yer alacaq. Mərkəz hücumçusu kimi isə Dino Ndlovu rəqibin müdafiə xəttinə çətin anlar yaşatmağa çalışacaq.
 
PAOK-un ehtimal “11-liy”i isə bu cürdü: Panagiotis Qlikos, Leo Matos, Fernando Varela, Xose Anxel Krespo, Stelios Kitsiu, Qoyko Çimirot, Djalma Kampos, Qarri Rodriges, Dieqo Bisesvar, Fakundo Pereyra və Stefanos Atanasiadis.
 
Yunanlar “Qəbələ”nin sabiq futbolçusu Fakundo Pereyranın adının start heyətinə daxil ediləcəyini düşünürlər.
 
Qeyd edək ki, “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30