19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Qrupdan çıxmaq üçün bizə qələbə lazımdır”

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada baş tutsun”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Sent-Etyen”lə oyunöncəsi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis qrupdan çıxmaq üçün “Sent Etyen”i məğlub etməli olduqlarını bildirib: “Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik. Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq”.

Qriqorçuk heyətdəki itkilərdən də söz açıb: “Sabahkı matça itkilərlə çıxacağıq. Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün “Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir. “Sent-Etyen” haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30