25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Baqali Dabo: "Sent Etyen" favoritdir"

“Hər kəs Sent Etyendəki futbol atmosferini görmək istəyər. Mən də bu səfər oyununda meydana çıxmağı arzulayırdım. Möhtəşəm ajiotaj olacaq”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin futbolçusu Baqali Dabo Fransa mətbuatına açıqlamasında deyib.

Fransalı hücumçu zədə səbəbindən sabahkı oyunu buraxacaq. O, buna görə çox məyus olduğunu bildirib: “Sent Etyen”lə oyunu buraxacağımı biləndə çox pis oldum. Həvəslə oyunu gözlədiyim bir vaxtda zədələndim. "Joffrua Gişar"da olan atmosferi həmişə xatırlayıram".

Dabo sabahkı oyunda “Sent Etyen”in daha şanslı olduğunu qeyd edib: “Azərbaycan Premyer Liqasının səviyyəsi Fransa Liqası ilə müqayisə oluna bilməz. Bu məntiqlə deyə bilərəm ki, “Sent Etyen” favoritdir. Ancaq bizim də yaxşı komandamız var. Layiqli mübarizə aparacağıq”.

Xatırladaq ki, sabah keçiriləcək “Sent Etyen” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30