25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Əvvəl “Qarabağ”, sonra PAOK

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - PAOK (Yunanıstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, sabah - oktyabrın 19-u "Azərsun Arena"nın mətbuat zalında Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30