25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Dmitri Bezotosnı - tarixin 7-cisi

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan çempionatları tarixinə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı qolkiper qapısını ən uzun müddət toxunulmaz saxlayan 10 əlcək sahibinin siyahısına daxil olub. Topaz Premyer Liqasında 915 dəqiqə qol buraxmayan Dmitri 1992-ci ildən keçirilən ölkə çempionatlarının 24 illik tarixində 7-ci nəticəyə imza atıb.

Sonuncu dəfə ötən mövsümün XXXIV turunun mayın 11-də keçirilən “Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner VIII turun “İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsini qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.

Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı “Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.

Azərbaycan çempionatlarının 10 ən uzun quru seriyası

1. Nizami Sadıqov (“Turan”)  - 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 985 dəqiqə

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 971 dəqiqə

4. Camaləddin Əliyev (“Qarabağ”) - 958 dəqiqə

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) - 952 dəqiqə

6. Elxan Həsənov (“Neftçi”) - 943 dəqiqə

7. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 915 dəqiqə

8. Boyan Pavloviç (“Qarabağ”) - 828 dəqiqə

9. Dmitri Kramarenko (“Karvan”) - 798 dəqiqə

10. Dmitri Kramarenko (“Neftçi”) - 772 dəqiqə


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30