19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Avrokuboklarda Bakıda debüt edən hakim “Sent Etyen” - “Qəbələ” oyununda

Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Sent Etyen” - “Qəbələ” oyununun hakimləri müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, görüşdə ədaləti türkiyəli hakimlər qoruyacaq.

Matçln baş hakimi Ali Palabıyıkdır. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını isə Ceyhun Sesigüzel yerinə yetirəcək.

Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq.

Türkiyəli Ali Palabıyık avrokuboklarda Bakıda debüt edib. O, ötən il iyulun 2-də “Bakcell Arena”da keçirilən “Neftçi” - “Mladost” oyununu idarə edib.

Palabıyık 1981-ci ildə anadan olub. İxtisasca müəllimdir. 2015-ci ildən FİFA referisi statusunu daşıyır.

2012-ci ildən Türkiyə Superliqasında matçlara təyinat alan Palabıyık, "Qalatasaray" azarkeşidir.

Qeyd edək ki, “Sent-Etyen” - “Qəbələ” oyunu oktyabrın 20-də baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30