19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Julien Ebah: “Bugünkü qələbəmiz bir növ revanş idi”

"Kəpəz”in hücumçusu Julien Ebah AZAL-la oyundan sonra 3 jurnalistin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- AZAL üzərində çətin qələbə qazandınız. 1:0 hesabı ilə yekunlaşan görüş barədə nə deyə bilərsən?

- Çox çətin oyun alındı. AZAL zəif komanda deyil. Bu gün 3 xal bizim üçün çox vacib idi. Gəncədə bu komanda ailə oyunda xal itirmişdik. Bugünkü qələbəmiz bir növ revanş idi. Qazanılan 3 xal bizim üçün mühüm əhəmiyyət kəsb edir.

- Rəqib necə təsir bağışladı?

- AZAL pis komanda deyil. Oyun sistemləri var. Həmn sistemə uyğun oyun nümayiş etdirirlər, meydanda vuruşurlar. Lakin biz bu günü bir qədər daha yaxşı çıxış etdik.

- “Kəpəz” bu gün 3 xala layiq idi, yoxsa qələbədə müəyyən qədər bəxt amili də rol oynadı?

- Bir qədər bəxtimiz gətirdi deyə bilərik. Çünki yalnız 1 qol vurduq. Halbuki xeyli şansımız var idi. Rəqib isə əks hücumlardan faydalanmağa çalışırdı. Hesabı daha erkən aça bilərdik. Lakin Serjinyonun zərbəsi dirəyə tuş gəldi. Buna baxmayaraq, sona qədər hücumlarımızı davam etdirdik və sonda istəyimizə çatdıq.

- 3 xal qazansanız da, Dario Federikonu itirdiniz…

- Onu itirmək çox çətindi. Bununla belə, komandamızda yer alan digər futbolçularda növbəti oyunlarda qələbə üçün əllərindən gələni edəcəklər.

- Sənin də ağrıların var idi. Özünü necə hiss edirsən?

- 1 epizodda zərbə aldım. Lakin hər şey qaydasındadır. Hazırda özümü normal hiss edirəm.

- Növbəti turda “Kəpəz”in rəqibi ilk 8 turda uduzmayan 2 komandadan biri olan “İnter”dir. Rəqibin uğurlu seriyasını qırmaq mümkün olacaq?

- “Inter”lə qarşılaşacağıq. Evdə oynayacağıq və mütləq qələbə qazanmalıyıq. Qış fasiləsinə qədər çempionatda 6 görüşümüz qalıb. Əlimizdən gələni edəcəyik ki, həmin matçlarda yaxşı nəticə qazanaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30