20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi”nin hücumçusundan etiraz: “Lap Qvardiolanı gətir, xeyri yoxdu”

“Neftçi”nin hücumçusu Denilson Pereyra “Zirə” ilə oyundan (0:2) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”ni məğlubiyyətinə səbəb nə oldu?

- Komandamız bu gün kompakt oynamadı. İlk dəqiqələrdən oyuna yaxşı köklənsək də, sonradan konsentrasiya itdi. Nəticədə də məğlubiyyətlə üzləşdik.

- Öz oyunun barədə nə söyləyə bilərsən?

- Dediyim kimi, oyuna yaxşı başladıq. Lakin sonradan bəzi oyunçular matça köklənə bilmədilər. Futbol komanda oyunudur, 11 nəfər də vuruşmalıdır. 1-2 nəfər matça köklənə bilmirsə, digərlərinin də oyunu alınmır

- Məşqçi dəyişikliyi olsa da, “Neftçi” yenə uduzur. Bəlkə probem futbolçulardadır?

- 11 nəfər meydanda yumruq kimi mübarizə aparmalıdır. Bu baş vemirsə, lap Qvardiolanı gətir, xeyri yoxdu.

- “Neftçi”nin qapısına penalti təyin oldu, komanda yoldaşın qırmızı vərəqə aldı. Hakimlikdən razısan?

- Hakimə heç bir iradım yoxdur. O, oyunu yaxşı idarə elədi.

- Qarşıda “Neftçi” 3 çətin oyun gözləyir. “Qarabağ”, “Qəbələ” və “İnter”lə görüşlərdən nə gözləmək olar?

- Futbol səhvlər üzərində qurulub. Qələbə üçün rəqibin səhvindən yararlanmaq lazımdı. Daha güclü oynayanda, qol vurduqdan sonra qələbə qazanmaq olar. Qarşıdakı rəqiblərimiz güclü olsa da, əvvəldən nəsə demək olmaz. Bəlkə “Qarabağ” elə səhvlər buraxdı ki, biz qələbə qazandıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30