16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

"Neftçi"nin rəqibini tanıyaq

Artıq "Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlumdur. Futbolxeber.az-ın məlumatına görə, çempionumuz Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşacaq.

Korça şəhərini təmsil edən "Skenderbeu"nun əsası 1909-cu il, aprelin 15-də qoyulub. Komanda adını Albaniyanın tarixi qəhramını Skanderbeqadan götürüb. "Neftçi"nin rəqibi tarixi ərzində 4 dəfə - 1933, 2011, 2012, 2013-cü illərdə Albaniya çempionu tituluna sahib çıxıb. Komanda həmçinin 3 dəfə (1958, 1965, 1976) ölkə kubokunda final oynayıb. Ev oyunlarını eyniadlı stadionda oynayır. "Skenderbeu"nun tamaşaçı tutumu 12 mindir. Kaçar təmsilçisinin prezidenti Adrian Takay, baş məşqçisi isə Mirel Yosadır. Komanda ev oyunlarını qırmızı-qara, səfər matçlarını isə ağ-qırmızı formada keçirir.

Son 2 ildə Çempionlar Liqasında mübarizə aparan Albaniya çempionunun hər iki cəhdi uğursuz alınıb. Komanda 2 il əvvəl Kipr APEOL-inə 2 oyunun cəminə görə 0:6 (0:2 və 0:4), ötən il isə Macarıstan çempionu "Debrets"enə 1:3 (evdə 1:0, səfərdə 0:3) uduzaraq, mübarizəni erkən dayandırıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30