29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“AZAL səhv etməyə məcbur idi”

“Birinci hissədə oyunumuz yaxşı alınmadı. Fasilədə futbolçulara lazımi tapşırıqları verdik. Rəqib artıq səhv etməyə məcbur idi. Yekunda lazım olan qolu vurduq. İkinci hissədə xeyli qol şansımız olsa da, onları boşa verdik. AZAL bu gün çox yaxşı mübarizə apardı. İnanana bilmirəm ki, bu komandanın cəmi 2 xalı var. AZAL-ın müdafiəsini yarmaq çox çətin idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AZAL-la oyundan (1:0) sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də danışıb: “Oyundan qabaq 3 itkimiz var idi. Şəhriyar Əliyev zədəlidir. Vüqar Bəybalayevin əlində çat var, gipsdədir. Nicat Qurbanov da xəsarət alıb. Dario Federiko yenə zədədləndi. Yəqin ki, 2 həftə meydana çıxa bilməyəcək”.

Şahin Diniyev süni meydançalar barədə sualı belə cavablandırıb: “Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq. Bu gün elə imkan yoxdur ki, süni meydanlardan imtina edək. Amma razıyam ki, belə qazonda oynamaq çətindir. Uşaqların bu cür meydançada hazırlıq keçməsi cinayətdir. Keçən il bu stadionda 3 oyunçumuz zədələnmişdi. Bu il yenə Dario sıradan çıxdı. Futbol naminə bu meydançaları ləğv etmək lazımdır. Bizim meydançamız da ideal deyil. Roman Qriqorçukun süni meydandan şikayət etməsini anlayıram”.

Şahin Diniyev ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: “Birinci hissədə meydanda çox zəif oyun gedirdi. Lakin ikinci hissədə daha baxımlı qarşılaşma alındı. Komandam fasilədən sonra gözəl oynadı. Komandalardan heç biri uduzmaq istəmirdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31