25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Dino Ndlovu: “Qələbə mənim qol vurmağımdan daha vacibdir”

“Qarabağ”ın hücumçusu Dino Ndlovu “Sumqayıt”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Sumqayıt”la görüşdə 3:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- Meydançada nə etməli olduğumuzu bilirdik. Üzərimizə düşəni etdik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.

- Bu gün Azərbaycan çempionatında ilk qolunu vurdun. Növbəti oyunlarda bunun ardını gətirmək mümkün olacaq?

- Daha əvvəl “Fiorentina” ilə oyunda da qol vurmuşdum. Ümumi götürəndə, əsas olan komandanın qələbəsidir. 3 xal mənim fərqlənməyimdən daha vacibdir.

- Sanki zədən var idi...

- Yox, zədəli deyiləm.

- Qol vura bilməyəndə hücumçularda aqressivlik olur. Bu baxımdan səndə vəziyyət necə idi?

- Mən hücumçuyam, vəzifəm də qol vurmaqdır. Komandaya bunun üçün gəlmişəm. Qol vurmayanda məyus oluram.

- “Qarabağ” bugünkü uğurlu oyununu PAOK-la görüşdə də davam etdirə biləcək?

- Artıq “Sumqayıt”la oyun geridə qaldı. Sabahdan etibarən PAOK-la oyunun hazırlığına başlayacağıq. Çalışcağıq ki, həmin matçda da uğur qazanaq.

- “Fiorentina” və “Qələbə”yə də uduzduqdan sonra “Qarabağ”da eniş olduğu deyilirdi. Artıq hər şeyin geridə qaldığını söyləmək olar?

- Bu cür məğlubiyyətlər yaşananda məyus oluruq. Amma “Fiorentina” ilə oyunda qırmızı vərəqə bütün planlarımızı pozdu. Qəbələdə də şanssızlıq yaşadıq. Müsbət fikirləşmək lazımdır, belə hallarda səhvlərimizi görürük. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30