23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Serjio Kosta: “Kəpəz” daha artığını edə biləcək gücdədir”

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjio Kosta klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- İlk dövrədə “Kəpəz”in çıxışı haqda nə deyə bilərsən?

- Çempionat maraqlı keçir, ilk dövrədə futbolda olan hər 3 nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil. Əlbəttə, xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədir. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdır. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq.

- Öz oyunun haqda nə deyə bilərsən?

- Ölkənizə gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir, Azərbaycana gəldiyim üçün peşman deyiləm.

- Demək, “Kəpəz”də olmaqdan məmnunsan...

- Bəli, burda hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldır.

- Azarkeşlər haqda nə deyə bilərsən?

- Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədir. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var.

- Sonuncu sual. Komanda yoldaşlarından Dario Frederiko və Alveslə daha yaxın olduğun görünür. Bu nə ilə bağlıdır?

- Komandada hamının bir-biri ilə münasibəti yaxşıdır, futbolçular əla kollektivin bir hissəsidirlər. O ki, qaldı sizin sualınıza, biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdir ki, Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orada yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30