25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Robert Prosineçki: "700 min məsələsi doğru deyil"

"Bizim komanda daima inkişaf edir. Yaxşı oyun göstərirlər. Bu təsadüf deyil".

Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycanda yaxşı oyunçuların olduğunu bildirib: "Üstəlik yaxşı gənc oyunçular var və onları tapmaq lazımdır. Təxminən 2 ildir Azərbaycandayam. İşə çox ciddi başlamışıq".

Ailəsi ilə birgə Bakıda yaşadığını söyləyən Prosineçki bunları bildirib: "Mən Bakıda yaşayıram, uşaqlarım da Bakıda fəaliyyət göstərən Amerika məktəbinə gedir. Bakı qeyri-adi şəhərdir. Daima binalar tikilir və maraqlı yaşayış var".

O, Çexiya ilə oyundan sonra komandaya 700 min avro mükafat verilməsi ilə bağlı yayılan məlumatları da təkzib edib: "Bu şişirdilmiş rəqəmdir. Qulağa xoş gəlir, ancaq etimadı doğrultmaq üçün işləməliyik. Əlimizdən gələnin ən yaxşını etmək üçün çalışırıq. 700 min məsələsi isə doğru deyil. Dünya çempionatının seçmə mərhələsində Almaniya birinci yerdədir. İkinci yer üçün mübarizə gedir. Bizim maraqlı nəticəmiz var. Gələn zənglərdən, mesajlardan görürəm ki, artıq eyforiyadayıq. Ancaq bu çox təhlükəlidir. Eyforiya həm fantastika, həm də katastrofa ola bilər. Növbəti oyunumuz Şimali İrlandiyaya qarşıdır. Məqsədimiz həmin oyunda da nəticə əldə etməkdir".

Baş məşqçi hücumçu Ruslan Qurbanovla bağlı fikirlərini də dilə gətirib: "Demək olar ki, o komandanın ən yaxşı oyunçularındandır. Əla formadadır. Premyer Liqada, Avropa Liqasında çıxış edir və qol vurur. Onun "Hayduk"da necə oynaya bilmədiyini başa düşmürəm" ("Report").  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30