19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” gücünə görə Azərbaycanda “Qarabağ”dan sonra ikinci komanda sayılır”

"Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo footmercato.net saytına müsahibə verib.

- "Qəbələ"yə keçidiniz necə alındı?

- "Kretey"dəki vəziyyət məni qane etmirdi. Özümü daha orda görmürdüm. Fransanın II Liqasından 2 təklifim var idi. Digər təklifləri isə ölkə xaricindən almışdım. Yekunda "Qəbələ"yə keçməyə qərar verdim. Çünki özümü başqa ölkədə yoxlamaq istəyirdim. Komanda Avropa Liqasında (AL) çıxış etməliydi. Mərhələləri keçmək asan deyildi. Oyunlarda maksimum bacarığımı nümayiş etdirmək istəyirdim. Avropa Liqasında qrup mərhələsində vəsiqə qazanacağımızı gözləmirdim. Amma öz-özümüzə dedik ki, niyə də bütün təsnifat mərhələlərini keçməyək?

- Avropa Liqasında artıq böyük xatirələrin var?

- Bu turnirdə oynadığım üçün xoşbəxtəm. İlk 2 turda baş məşqçi məni diqqətlə izləyirdi. Çünki ona qədər 1 dəqiqə də olsun, meydana çıxmamışdım. Həmin anda Avroliqa görüşlərində iştirak etdiyim üçün özümdə razılıq hiss etmirdim, amma bu mənim üçün xoş idi. III təsnifat mərhələsində “Lill”lə görüşdə əlavə çətinlik hiss etdik.  Ən yaxşı mühit isə "Maribor"la Sloveniyadakı görüşdə oldu. Bu, qrup mərhələsi öncəsi sonuncu oyunumuz olduğu üçün bütün gücümüzü meydanda qoymalı idik. Ya dayanmalı, ya da mübarizəyə davam etməliydik. Həmin görüşlə bağlı xatirələrimi heç vaxt unutmayacam. "Lill"ə qalib gəldiyimiz oyunla müqayisə etsək belə, "Maribor"la matçda özümü daha yaxşı hiss etdim.

- Qəbələdə həyatınızı necə keçirirsiniz?

- Biz Qəbələdə 5 ulduzlu oteldə yaşayırıq.  Çempionata gəlincə, son çempion "Qarabağ" bizimlə birgə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıb. Ötən mövsüm onlar Avroliqanın qrup mərhələsində çıxış etmişdilər. Bu il hədəflərini bir qədər də böyütmək istəyirdilər, amma yenə AL-in qrupuna düşdülər. "Qəbələ" gücünə görə Azərbaycanda “Qarabağ”dan sonra ikinci komanda sayılır. Bu da onunla əlaqədardır ki, son illərdə bir qayda olaraq, çempionluğu "Qarabağ" qazanır.

- Siz orda olduğunuz müddətdə  komandada inkişaf hiss etmisiniz?

- Mən öz oyunuma fikir verirəm. Çalışıram ki, hücumda əlimdən gələni edim. İndiki məqamda bu məndə  yaxşı alınır.

- “Qəbələ” Azərbaycan çempionatında hansı səviyyədə oynayır?

- “Qəbələ” II Liqanın hər komandası ilə oynaya bilər. I Liqadan isə bəzi klublarla müqayisə olunacaq gücdədir.

- Azərbaycana uyğunlaşmaq çətin olmadı?

- Azərbaycan mənə Türkiyəni xatırladır. Axı tez-tez ora gedib, gəlirəm. Odu ki, burdakı danışıq dili və yeməklər mənə qəribə gəlmir. Azərbaycanlıların danışığı bir az türk dilinə oxşayır. Bu ölkələr bir-birinə çox yaxındı.

- "Qəbələ"də uzun müddət qalmağı planlaşdırırsız?

- Klubla 2 illik müqavilə bağlamışam. Fransaya qayıtmağı planlaşdırmıram. Bundan da yuxarı səviyyəyə qalxmaq istəyirəm. Niyə də Türkiyə və ya başqa ölkələrə getməyim? Amma Fransaya qayıtmaq mənim üçün maraqlı deyil. Mən iddialıyam. Ancaq yenə də növbəti klubumun adı gələcək təkliflərdən asılıdır.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30