26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “İnter”lə oyundan öncə 7 qollu qələbə qazandı

Topaz Premyer Liqasının VIII turunun hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb.

Əsas komandaz Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Elvin Camalov, Teo Uiks, Roman Hüseynov, Filip Ozobiç, Asif Məmmədov, Baqali Dabo.

Qriqorçuk matçın gedişində Rəşad Eyyubov, David Pietrzkieviç, Sadiq Quliyev, Tellur Mütəllimov, Murad Musayev, Petar Franyiç, Qismət Alıyev, Ramil Hasanov, Ehtiram Şahverdiyev və Hacıaqa Hacıyevə də şans verib.

4 qolun vurulduğu ilk 45 dəqiqə əsas komandanın üstünlüyü ilə başa çatıb. Roman Hüseynov, Ürfan Abbasov və Rəşad Eyyubovun qollarına əvəzedicilər bir topla cavab verə bilib. Fasilədən sonra daha 4 qol qeydə alınıb. Ramil və Petar hərəyə 1, Qismət isə 2 dəfə əvəzedicilərin qapısına yol tapıb. Beləliklə, əsas və əvəzedici komandaların oyununda birincilər 7:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qəbələ” VIII turda “İnter”lə görüşəcək. Əvəzedicilər oktyabrın 14-də, əsas komandalar isə ertəsi gün üz-üzə gələcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30