24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

8 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Turan-Tovuz” - “Səbail” matçında “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

8 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Şəmkir” - “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

8 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Şərurspor” - “Göyəzən” matçının 25-ci dəqiqəsində “Göyəzən” klubunun  9 №-li futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).

8 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Şahdağ” - “Qaradağ Lökbatan” matçında Şahdağ” klubunun 4 futbolçusun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30