29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycan millisinin əsas üstünlüyü müdafiə xəttidir”

DÇ-2018-in seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Çexiya komandasını üzvü Ladislav Kreyçi oyunöncəsi mətbuat konfransında sualları cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qarşlaşma barədə fikirlərini açıqlayıb:

- Deməzdim ki, sabahkı oyun ən vacibdi. Düzdü, ilk iki oyunda qalib gələ bilmədik. Ancaq əminəm ki, sabahkı oyunda qalib gələcəyik.

- Azərbaycanın qrupda birinci pillədə qərarlaşması sənin üçün sürpriz deyil ki?

- Sürpriz deyil. Ancaq iki oyunda Azərbaycanın 6 xal toplaması onlar üçün yaxşı vəziyyətdi.

- Azərbaycanın qrupda Çexiyadan yüksək pillədə olması sizə əlavə təzyiq deyil ki?

- Yox, bu, bizim üçün təzyiq deyil.

- Rəqibin oyununda sizi ən çox təəccübləndirən nə idi?

- Onların əsas üstünlüyü müdafiə xəttidir. Həmçinin müdafiədən əks-hücuma yaxşı çıxırlar.

- Sabahkı oyunda mütləq qalib gəlməlisiz. Bunu dərk edirsiz?

- Əlbəttə, bunu qəbul edirik. Sabah çox şey həll olunacaq. Hər şansımızdan istifadə edərək, qalib gəlməyə çalışacağıq.

- Milli son iki oyunda qol vura bilmədi. Bunun səbəbi nədi?

- İlk oyunda şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci oyunda isə şans qazana bilmədik. Ancaq biz hücumçular əlimizə düşən imkanladan istifadə etməliyik




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31