23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Karel Yarolim: “Azərbaycanla oyunda xal itikisini heç cür qəbul edə bilmərəm”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Çexiya yığmasının baş məşqçisi Karel Yarolim oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Yarolim ilk öncə qarşılaşma haqda fikirlərini açıqlayıb:

- Desəm ki, komandada gərginlik yoxdu, bu, səmimi olmaz. Ancaq sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, qalib gələk.

- Robert Prosineçkini şəxsən tanıyırsız? Yaxud tanış olmağa vaxtınız olub?

- Mən onu məşqçi kimi yox, oyunçu kimi tanıyıram. Fikrimcə, sabahkı oyun Azərbaycan millisinin Norveçlə oyununun təkrarı olacaq. Fərq yalnız ondan ibarət olacaq ki, Azərbaycan sabah səfərdə oynayacaq. Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.

- Sabah qalib gəlməsək, necə olacaq?

- Əlbəttə, bunu heç cür qəbul edə bilmərəm. Buna görə, ilk dəqiqələrdən səhv etmədən oyunumuzu davam etdirməliyik. Almaniya ilə oyundakı səhvləri təkrarlamamalıyıq. Bunda azarkeşlərin də rolu olacaq. Onlar stadiona gələrək, millini sonadək dəstəkləməlidilər.

- Çexiya ilə Azərbaycan arasında son oyun BƏƏ-də olub və 0:2 uduzmuşuq. Həmin oyundan nə isə nəticə götürmüsüz?

- Mənim yaşım çoxdu. Əlbəttə, həmin oyunu xatırlayıram. Ancaq o, yoxlama oyunu idi. Həmin matçın yalnlz nəticəsini xatırlayıram.

- Almaniya ilə oyundakı heyətlə sabahkı heyət arasında hansısa fərq olacaq?

- Əlbəttə, hər oyundan sonra biz dəyişikliklər edirik. Bu, yalnız Almaniya ilə oyunla bağlı deyil. Ancaq xahiş edirəm, məndən hansısa taktikayla bağlı fikir bildirməyimi istəməyin. Çünki burda yetərincə müxbir var.

- Azərbaycanın Norveçi məğlub etməsi sabah heyətlə bağlı qərarınıza təsir edəcək?

- Azərbaycanın Norveçi məğlub etməsinə görə heyətdə dəyişiklik etməyəcəyik. Biz sadəcə olaraq, özümüzə görə heyət seçəcəyik.

- Sabakı oyunda xal itkisi Çexiya millisini baş məşqçisiz qoya bilər?

- Səmimi deyim, o barədə heç düşünməmişəm. Bizim üzərimizə düşən əsas vəzifə sabah meydanda öz işimizi görməkdi. Sabah nə olacağını heç kim deyə bilməz.

- Azərbaycan millisini özünüzə layiqli rəqib kimi görürüsüz? Sizcə bu gün bu millinin Çexiyadan öndə olması ədalətlidi?

- Heç vaxt rəqibləri alçaltmamışam. Azərbayca Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi.

- Sabah hücum, yoxsa müdafiəyə meyilli oyun seçəcəksiz?

- Maraqlı sualdı. Ancaq inamıram ki, bu suala cavab verəcəyimi gözləyirsiz. Hansı taktikanı seçəcəyimi sabah görəcəksiz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30