28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanlı xanım hakim: “Qaqaş, get, futboluvu oyna da”

Bu gün “Kəpəz” yoxlama oyununda “İnter”in əvəzedici heyəti ilə qarşılaşıb. Görüşü canlı izləyən Futbolxeber.az saytının əməkdaşının verdiyi məlumata görə, matçı Yuliya Qurbanova idarə edib. Ona kömək edən yan xətt hakimlərindən biri də xanım olub - Xəyalə Əziz.  

Qarşılaşma zamanı məşqçi və futbolçularla hakimlər arasında maraqlı dialoqlar yaşanıb. Epizodların birində top “Kəpəz”in müdafiəçisindən auta çıxsa da, Xəyalə Əziz “İnter”in əleyhinə qərar verib. Epizoda yaxın olan “İnter”in baş məşqçisi Fizuli Məmmədov hakimə iradını bildirsə də, o, “top ağlardan çıxdı” deyib. Lakin baş hakim köməkçisinin səhvini düzəldib.

Başqa bir epizodda isə baş hakim “Kəpəz”in qapısına cərimə zərbəsi təyin edib. Gəncə klubunun müdafiəçisi epizoda sərt reaksiya verib. Hakim qərarını dəyişməsə də, Şahin Diniyev futbolçusundan sakitləşməyi tələb edib: “Hakim də insandı, o da səhv etməlidir”

Matçdan sonra “İnter”in futbolçularından biri paltardəyişmə otağına yollanarkən baş hakimə iradlarını çatdırıb. Xanım referi həmin futbolçuya “Qaqaş, get, futboluvu oyna da” deməklə kifayətənib.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31