29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu il daha güclü olduğumuzu sübuta yetirəcəyik”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibəsində komandanın hazırkı durumu barədə danışıb.

- Azərbaycan Premyer Liqasında işləriniz necədir?

- Azərbaycan çempionatında nəfəsini dərməyə vaxt yoxdur. "Qarabağ" ölkə çempionudur və fikrimcə, Ukrayna çempionatında mükafatçı üçlükdə dəmir kimi olardı. Buna heç bir şübhəm yoxdur. "Qəbələ də zəif deyil.

- Komandanızın hazırkı büdcəsini "Çernomorets"dəki ilə müqayisə edə bilərsiniz?

- Bəli, bizim büdcə "Şaxtyor" və Kiyev "Dinamo"suna çata bilməz. Amma bu barədə danışmaq istəməzdim. Çünki bu, sadəcə, mənim işim deyil. Sizə onu deyə bilərəm ki, "Çernomorets"dəki şərait indiki "Qəbələ"dən 3 dəfə yaxşı idi. Mən avrokuboklarda oynadığımız illəri deyirəm. Maliyyə şərtləri buradakından 3 dəfə yüksək idi. "Qəbələ"də çıxış etmiş bütün ukraynalılar əvvəllər "Çernomorets"də aldıqlarından 3 dəfə az qazanırdılar. Biz hazırda büdcəyə dəqiqliklə əməl edirik. Mövsümün əvvəlində bilirdik ki, büdcəmiz azalacaq. Buna müdaxilə edə bilmərəm. Yəqin ki, hansısa problemlər var. İndi elə təəssürat yaranıb ki, böhran hər yerdə var. 

- "Qəbələ"yə niyə getdiniz?

- Ona görə ki, avrokuboklarda oynaya biləcəyimizi anlayırdım. Bu, məndə əvvəllər də alınmışdı. "Çernomorets"də isə başa düşürdüm ki, bunun öhdəsindən gəlmək çətin olacaq. Həmin vaxt orada vəziyyət daha pis idi. Hesab edirəm ki, komanda avrokuboklarda oynamırsa, bu, yarımçıq futbol həyatıdır.

- Əmin idinizmi ki, avrokuboklarda çıxış edəcəksiniz?

- Ümid və qarşımızdakı tapşırıqları yerinə yetirərək, hədəflərimizə nail olacağımıza şəraitin olduğunu anlayırdım.

- Hazırkı işinizdən razısınız?

- Ümumiyyətlə, "Qəbələ"də işləmək mənim üçün çox maraqlıdır. Mən bizə keçən dəfə dəhşətli dərəcədə çətin görünən mərhələni çox gözləyirəm. Bizə çox çətin idi. Çünki həm Avropa Liqasının qrup mərhələsində, həm də çempionatda oynayırdıq. Başa düşürəm ki, bu dövrü ötənilkinə nəzərən sürətlə keçməliyik. Həqiqəti deməliyəm və etiraf edirəm: "Qarabağ" bizdən güclü komandadır. Bunu açıq deyirəm. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma fikrimcə, biz bu il daha güclü olduğumuzu sübuta yetirəcəyik.

- "Qəbələ"ni ömürboyu işləmək istədiyiniz komanda adlandıra bilərdiniz?

- Belə şeyləri heç kim deyə bilməz. Digər tərəfdən, top-klub səviyyəsində komandada işləmək istəmədiyimi deməyə bilmərəm. "Qəbələ" sanballı səviyyədədir. Məndən çox şey asılıdır, amma hər şey yox. Hələlik klubla müqaviləm mövsümün sonunadək qüvvədədir (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31