23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu, mənim üçün sonuncu seçmə mərhələdir”

"Norveçlə matç hər birimiz üçün vacibdir. Sabah seçmə mərhələdə ilk ev oyunumuzu keçirəcəyik. Azarkeşlərin bizdən nə gözlədiklərini bilirik və rəqibin də gücünü nəzərə alırıq. Ötən illə müqayisədə Norveç indi daha sürətli oynayır. Müdafiəmizin üzərinə böyük güc düşəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

Norveçlə oyunöncəsi mətbuat konfransına qatılan təcrübəli müdafiəçi norveçli jurnalistlərlə bağlı sualı da cavablabdırıb: “Onların mətbuat konfransına gəlməmələri bizə maraqlı deyil. Düşünmürəm ki, Norveç bizi ciddi qəbul etmir. Onlar bizə yox, özlərinə qarşı hörmətsizlik edirlər. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Bunu çox istəyirik. Rəqib güclüdür. Ola bilər ki, kimsə bizi rəqibə güclü dediyimiz üçün qınasın. Ancaq zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük".

Rəşad Sadıqov vacib oyundan öncə azarkeşlərə səslənib: "Fiorentina" ilə oyunun ilk hissəsinin sonlarında zədələndim. Həkimlərin müalicəsindən sonra bir az düzəldi. Sabahkı oyuna hazır olub-olmayacağımla bağlı baş məşqçi qərar verəcək. Çox istəyirik ki, azarkeşlər gəlsin və stadion dolsun. Hər bir stadionda oynamaq İstərdik ki, oyun mümkün qədər çox azarkeş gəlsin. Buna ikiqat ehtiyacımız var. Ən azı 40-50 min azarkeş olsun ki, rəqibi təzyiqdə saxlasın və biz də rahat oynayaq”.

Təcrübəli futbolçu bildirib ki, DÇ-2018-in seçmə mərhələsi onun üçün sonuncu tsikldir: “Qrupdan çıxmağı mənim qədər istəyən yoxdur. Bu tsikl mənim üçün ən yaxşı halda sonuncudur. Bəlkə də sabah qrupun ən önəmli oyununa çıxacağıq. Qrupdan çıxmağa çalışacağıq. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz. "Qarabağ"da rəqiblər də fərqlidir. Üstəlik məşqçi tələbləri də eyni deyil. Yığmada da hücuma gedirəm və əlimdən gələni edirəm. Ancaq alınmır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30